Prezident Səhiyyə Nazirliyinin bu səlahiyyətini LƏĞV ETDİbackend

Prezident Səhiyyə Nazirliyinin bu səlahiyyətini LƏĞV ETDİ

Səhiyyə Nazirliyinin uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarət sahəsində səlahiyyəti ləğv olunub.

Hokm.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Səhiyyə Nazirliyinin səlahiyyəti icbari dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydasını müəyyən etməklə məhdudlaşacaq.

Fərmana əsasən, uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarət etmək sahəsində səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilib.

  •  (0)
  •  (0)