Məşhur aktrisa Pərvin Abıyeva MTV Azərbaycan televiziyasında keçmiş sevgilisi Murad Abdullayevin onu aldatdığını etiraf edib.
Hokm.az xəbər verir ki, aktrisa aparıcının “Bəs deyirdin, 30 yaşında ailə quracaqsan?” sualına belə cavab verib:
“Demişdim, amma sözümü geri götürdüm. Alınmır. Tutaq ki, sevgilin var və sən o qıza sənətindən, peşəsindən asılı olmayaraq ümid verirsən ki, ailə quracaqsan. Efirdə də məlumat verə bilərsən. Hətta Şadlıq sarayını danışırsan, qız və oğlan evini müəyyənləşdirirsən. Yəni ki, mən özbaşıma müsahibə verməmişəm.
Mən o qədər də uşaq deyiləm ki, bu haqda danışam. Deməli, qarşı tərəf ümid verib ki… Necə ki, mən 30 yaşımda evlənmə fikrimi geri götürdüm, həmin adam da elə etdi. Ailə quracam dedi, ailə qurmadı. Yaxşı ki, alınmadı…
Depressiyaya düşəndə çıxmağın yollarını bilirəm”.
Qeyd edək ki, Pərvin Abıyeva polis Murad Abdullayev ilə sevgili olub.Teleqraf.com