Məşhur aktrisa Pərvin Abıyeva MTV Azərbaycan kanalında şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.
Hokm.az teleqraf.com-a istinadla xəbər verir ki, Pərvin Abıyeva ailə qurmayacağını dilə gətirib:
“Hazırda sevgilim yoxdur, belə yaxşıdır. Sevgidən başım çox ağrıyıb və ağrımaqda davam edir. Mən münasibəti bitirsəm də davam edir, uzaqlaşa bilmirlər. Bir çox söhbətlərdən sonra ailə qurmağı düşünmürəm. Ümumiyyətlə, ailə qurmaqdan soyumuşam”.
“Rəsmi nikah olmadan övlad dünyaya gətirərsinizmi?” sualına isə aktrisa belə cavab verib: “Əgər həmin insan evli deyilsə, övlad dünyaya gətirərəm. Başqa xanımla da ailə qura bilməz. Mənimlə isə ürəyi istəyirsə, evlənər. Bu mənim şəxsi həyatımdır, istəyərəm ailə quraram, istəyərəm yox. Necə yaşayacağımı özüm bilərəm. Heç kimin heç kimin həyatına müdaxilə etməyə ixtiyarı yoxdur”.
Aktrisa imkanlı sevgililərinin ona dəstək olduqlarını açıqlayıb: “İnsan bir-birinə qarşılıqlı dəstək olmalıdır. Əgər mənim madiyyatla bağlı çox böyük problemim varsa, o insan isə imkanlıdırsa və kömək etmirsə, bu münasibət sayılmır. Mən qadın olmağıma rəğmən sabah həyatımdakı kişi problem yaşayarsa, dəstək olaram”.