“Onun sirri” verilişində qonaq olan aktrisa Pərvin Abıyevanın sensasion açıqlamaları gündəm olmağa davam edir.
Hokm.az xəbər verir ki, illərlə keçmiş sevgilisinin təhdidlərinə məruz qaldığını deyən aktrisa mərhum rejissor Şahin Zəkizadənin ona eşq elan etdiyini də etiraf edib:
“Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Gənc idim, karyera hədəfim vardı deyə münasibətlərimiz alınmadı. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Əslində həyat yoldaşı ilə onları mən tanış etmişdim. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. “Ölsəm bağışla” şeirini mənə həsr etmişdi”.
Qeyd edək ki, Şahin Zəkizadə model Səbinə Allahverdiyeva ilə ailə qurmuşdu. Cütlüyün bir oğlu var. Zəkizadə uzun sürən xərçəng xəstəliyindən 2017-ci ildə vəfat edib.publika.az