“Dediyim hər bir sözün arxasındayam. Bəzi xəstə beyinli insanlar sözümü istədiyi yerə yozdu. Bütün qadınların məqsədi eynidir: mən ailəni xoşbəxt olmaq üçün qururam”.
Hokm.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva prodüser Tarixin Əliyevin aparıcılıq etdiyi “Tarixin bir günü” verilişində deyib. Aktrisa bildirib ki, qadının imkanlı oğlanla ailə qurmaq arzusunda pis niyyət yoxdur:
“Ailəm dağılsın deyə ailə qurmuram. Bütün ailələrdə pulsuzluq müəyyən vaxtdan sonra problem yaradır. Mən də bunu yaşamaq istəmirəm. Kim yaşamaq istəyirsə, buyursun qursun. Xoşbəxtlik üçün ailə qururam. Uşaqlarım gözəl şəraitdə böyüsün, yaxşı məktəbdə oxusun istəyirəm. Buna kim etiraz edə bilər? Demədim, milyonerə ərə gedim. Dedim ki, tində oturub, kiminsə pul gətirəcəyini gözləyənə kişi kimi baxmıram. Gedirəm ailələrə, baxıram kişi oturub gözləyir ki, mən yardım gətirim. Milyoner yox, ailəsini dolandıra bilən birinə ərə getmək istəyirəm”.publika.az