Aktrisa-model Pərvin Abıyeva yenə istirahəti ilə diqqət mərkəzinə düşüb.
Hokm.az milli.az-a istinadən xəbər verir ki, cazibədar aktrisa bu dəfə istirahət üçün hər hansı bir xarici ölkəni seçməyib. Belə ki, Pərvin günlərdir paytaxtdan kənarda – İsmayıllıda istirahətin dadını çıxarır. Lakin aktrisanın orada tək olmadığı da məlumdur. Onun müğənni Nura Suri ilə Qalacıq kəndində dincəldikləri məlum olub.
Bərabər hər hansı bir görüntülərini təqibçiləri ilə bölüşməsələr də, Pərvin Abıyeva ilə günlərdir təxminən eyni zamanda Nura Surinin də sosial şəbəkələrdə sözügedən məkandan fotolar paylaşması bu iddiaları daha da artırıb.
Bu da ikilinin İsmayıllıdakı istirahətindən görüntülər: