Partlayışda yaralanan bloger Aysel Şükürova hazırda reanimasiyadadır.
Hokm.az xəbər verir ki, bu barədə blogerin Raul adlı yaxın dostu İnstagram hesabında məlumat verib.
“Hələ ki xəstəxanadayıq. Aysel əməliyyatdan çıxıb, reanimasiyadadır. Dualarınızı əsirgəməyin”, – Raul bildirib.
Qeyd edək ki, aprelin 3-ü Bakının mərkəzindəki gecə klubunda yanğınla nəticələnən partlayış nəticəsində yaralananlardan biri də Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı, bloger Aysel Şükürova olub.