Müğənni Niyam Salami pandemiya ərəfəsində maddi sıxıntı yaşadığını söyləyib.
Hokm.az axşam.az-a istinadən bildirir ki, sənətçi ötən gün avtomobil və evini satacağını açıqlamışdı. “Xəbər-ətər” verilişinə qonaq olan Niyam artıq maşınını satdığını söyləyib:
“Yeni bir layihə edirdim. Pul üçün maşınımı satdım. Heç kimdən borc istəyə bilməzdim. Daha ucuz avtomobil almışam, amma hələ gətirməyiblər”.
Qeyd edək ki, Niyamın “Range Rover” markalı avtomobili var idi.