“Kuzey Güney”, “Medcezir” kimi bir zamanlar reytinqlərdə birinci olan seriallarda rol alan sevilən aktrisa Hazar Ergüçlüdən yeni xəbər var.
Hokm.az xəbər verir ki, özündən 19 yaş böyük olan sevgilisi haqqında danışan Hazar Ergüçlü onunla çox xoşbəxt olduğunu deyib:
“Onur mənə saya bilməyəcəyim qədər çox şey qatıb. Hər gün hələ də ondan bir şey öyrənirəm. Ondan öyrəndiyim ən önəmli şey isə özüm-özümə sahib çıxmaq olub”.
Qeyd edək ki, Hazar Ergüçlünün bu qədər gözəl və uğurlu olmasına rəğmən özündən 19 yaş böyük olan Onur Ünlü ilə sevgili olmasını isə izləyicilər daim tənqid etsə də, bəziləri bunun normal olduğunu deyiblər. “Əgər onlar xoşbəxtdirlərsə, bizə söz düşməz”, “Daha bəsdir, yaş fərqi olursa-olsun” şəklində rəy yazıblar.big.az