“Əvvəl görməyib, sonradan görənlərdən deyiləm. Hər insanın həyatında sıxıntı olur. Mən də o haldan normal çıxmışam. Hamı bilir necə ailədə böyümüşəm. Açıq-saçıq geyinməmişəm, kostyumlarım hər zaman setkalı olub. Özümü çöldə qoymamışam. Ağıllı olun. Ən böyük günah kiminsə haqqına girməkdir. Allah sənə görsətsin”.
Hokm.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva İnstaqramda canlı yayımda deyib. Sənətçi izləyicilərinin ona ünvanlandığı sualları cavablayıb. O, tənqid yazan izləyicilərinə sərt cavab verib:
“Sosial şəbəkə biabırçı gündədir. Cavan qızlar özlərini ən axırıncı yola qoyublar. Sosial şəbəkəyə girib baxa bilmirsən. İnsanlar qəribə olub, psixologiyamız pozulub. Zombi olmuşuq, yaşayırıq amma bilmirik nə üçün yaşayırıq. Ümid edirəm tezliklə açılar, iş başlayar camaat qırılır. Qəribədir, restoranda hamı ağız-ağıza oturur, amma məclisə icazə yoxdur. Hər yerdə xəstəlik var. Gərək immunitetin yüksək olsun, özünü qoruyasan”.Axşam.az