“Kuruluş Osman” serialının çəkilişləri ərəfəsində işçi heyətini təhqir etdiyinə görə məhkəməlik olan aktyor Burak Özçivit yeni avtomobil alıb.
Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumat aktyorun sonuncu paylaşımı zamanı təsdiqini tapıb. O, köhnə maşınını yeni Ferrariyə dəyişib. Burakın ötən ay aldığı nəqliyyat vasitəsinə 2 milyon 200 min lirə ödədiyi ortaya çıxıb.
Avtomobilin seriya nömrəsində isə oğlu Karanın adındakı hərflər əks olunub.