“Ola bilsin ki, mən fahişəyəm, lakin heç zaman xain olmamışam…” – “Eurovision” mahnısına adını verən Mata Hari kimdir? – FOTO/VİDEObackend

“Ola bilsin ki, mən fahişəyəm, lakin heç zaman xain olmamışam…” – “Eurovision” mahnısına adını verən Mata Hari kimdir? – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanın “Eurovision” mahnısı təqdim olunub. Ölkə təmsilçisi olan Səmra Efendi “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.
Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib:
“”Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanıb. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq”.
Sfera.az xəbər verir ki, mahnıda adı çəkilən Mata Harinin əsl adı Margaretha Geertruida Zelle olub. O, Almaniya kəşfiyyatçısı, həm də rəqqasə idi. Hollandiyada doğulan rəqqasə ailənin yeganə qız övladı olub.
Mata ailə qurmaq yaşına çatanda adi adamla yox, sayılıb-seçilən şəxsə ərə getmək istəyib,  38 yaşlı kapitan Rudolfla tanış olub və 1895-ci ildə ailə həyatı qurub. Lakin Marqaret məlum olmayan səbəblərdən ərindən boşanıb.
Mata Hari keçən əsrin ən sirli qadınlardan biri hesab olunur. O, kişiləri cəlb etməklə yanaşı, onlardan məlumat da öyrənə bilirdi. 1900-cü illərin əvvəllərində öz debütünü edən Marqaretin göstərdiyi ekzotik rəqs salona toplaşan bütün kişilərin ağlını başından alırdı. Hamı Marqareti alqışlayır və onun pərəstişkarları günü-gündən artırdı. Onların arasında tanınmış və imkanlı şəxslər də vardı. Bu şəxslərdən Marqaretə “Mata Hari” adı altında Şərq İncəsənəti Muzeyində çıxış etməyi təklif edir. O vaxtdan etibarən Marqaret ölür və Mata Hari peyda olur. Mata Harinin striptiz rəqsləri hər kəsi cəlb edirdi.
Alman polis məmuru ilə tanışlıqdan sonra Mata casusluğa başlayır. Onu daha çox hərbi geyimli kişilər cəlb edirdi. Lakin alman kəşfiyyat qrupu onu yaşamaq hüququndan məhrum etdi. Belə ki, 1917-ci il fevralın 13-də Mata Hari “Elize-palas” mehmanxanasında həbs olunaraq casusluqda ittiham edildi. O, öz sevgi romanlarından başqa, bütün ittihamları rədd edirdi: “Ola bilsin ki, mən fahişəyəm, lakin mən heç zaman xain olmamışam”.
Mata Harinin casusluq fəaliyyəti barədə tarixçilərin fikri müxtəlifdir. Bəzi versiyaya əsasən, Mata Hari aktiv casusluq fəaliyyəti ilə məşğul olub. Rəqqasə Almaniyanın rəqib dövlətlərinin ali siyasi və hərbi dairələrinə nüfuz edərək qiymətli materiallar əldə edib.
Başqa bir versiyaya əsasən isə, Mata Hari sadəcə casus olduğu obrazını yaratmışdı. Bu isə ona işləməyə və yaxşı pul qazanmağa, vərdiş etdiyi həyat tərzini sürməyə kömək edirdi.sfera.az
  •  (1)
  •  (0)