Oksananın Burak Özçivit arzusubackend

Oksananın Burak Özçivit arzusu

“Çoxları soruşur ki, niyə rəqs etmirsən? İstədiyin zirvədə olanda fikirləşirsən ki, bundan artıq nə edə bilərəm? Mən də istədiyim zirvəyə çatdım. Hindistanda dəyərli xanım olan Mathuri Dikşın mənə qiymət verdi. Ona görə sənətə gəldim və pik zirvəyə çatdım. Onun yolunu davam etdirirəm: həm rəqqasə, həm aktrisadır”.

Hokm.az xəbər ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova “MTV Azərbaycan”a açıqlamasında deyib. O, rəqqasəlikdən getməsindən bəhs edib:

“Ana olandan sonra aktrisalıq və prodüserliyə üstünlük verdim. Mənə daha çox bunlar lazımdır. Türk serialında çəkilmək istəyərəm. Həm baxımlı, həm də bütün dünyada tanınır. Baş yox, ikinci dərəcəli obraz olsa da, razılaşaram. İstəyərdim tərəf müqabilim Burak Özçivit olsun. Ən sevdiyim aktyorlardan biridir. Eyni zamanda Engin Altan, Murad Yıldırımı sevirəm”. axsam.az

  •  (0)
  •  (3)