ARB TV-nin “Elgizlə İzlə” verilişində qonaq qismində iştirak edən aparıcı Mikayıl Güləddinoğlu mərhum gitara ifaçısı Nofəl Süleymanovla olan dostluğundan danışıb.
“Bir yerə gedəndə ayağının altında qurban kəsilirdi”
“Nofəllə 10 il öncə bir verilişdə tanış olmuşuq. Sonradan onunla bərabər böyük uğur qazandıq. Onu çox sevirdilər. Bir yerə gedəndə ayağının altında qurban kəsilirdi. Ölümündən iki gün öncə votsap vasitəsi ilə danışıb, zarafatlaşdıq. Dostluq baxımından qardaşı belə Nofəllə mənim qədər yaxın deyildi”.