“O qadın olmaq üçün çox fədakarlıqlar etdim” – Şeyma Subaşıbackend

“O qadın olmaq üçün çox fədakarlıqlar etdim” – Şeyma Subaşı

Aparıcı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı maraqlı açıqlamaları ilə diqqət çəkib.

Hokm.az axşam.az-a istinadən bildirir ki, Mayamidən aldığı evlə gündəmdən düşməyən Şeyma şəxsi həyatında yaşadığı çətinliklərdən danışıb.

“Güclü qadınam. Bu günə qədər nə problemim oldusa, özüm həll etməyə çalışdım. Qəlbimi qıran xatirələrimlə böyüdüm. Gün keçdikcə daha da gücləndim. Buna görə də Allahıma təşəkkür edirəm.

Sən hekayəmi bilmirsən. O qadın olmaq üçün çox fədakarlıqlar etdim. İndi isə heç kimdən asılı deyiləm. Çox güclü anayam. Son dərəcə gözəl yaşamaq mənim həyat tərzimdir” deyə, Subaşı bildirib.

  •  (0)
  •  (0)