Hadisə 15 gün əvvəl baş verib, çox böyük stress yaşadıq. Ancaq yaxınlarımız bilirdi, özünə gəlməyini gözləyirdik. Mən də 8 gündür ki, Amerikadayam. Şükürlər olsun ki, indi yaxşıdır, artıq gəzir, yaraları da sağalıb. Narahat olanlar üçün deyim ki, instaqramda oğlumla fotomu dünən çəkdirmişik.
Hokm.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri oğlu Xosrovun ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində keçirdiyi avtomobil qəzası haqqında danışarkən deyib.
Müğənni bildirib ki, qəzadan 24 saat sonra oğlunu tapa biliblər:
“Oğlumdan 24 saat xəbər tuta bilmirdik. Amerikada polis idarələrinə və xəstəxanalara zəng edib Xosrovu tapmağa çalışırdıq. Reanimasiyada özünə gələndən sonra onunla əlaqə saxlaya bilmişik. Çünki telefonu, cüzdanı və bütün sənədləri maşında qalmışdı. Huşsuz halda özünü maşından dərhal çıxarıb xəstəxanaya gətiriblər deyə qeydiyyata alınmayıb. Özünə gələndən sonra deyib ki, qardaşımın instaqramına yazın. O tapılana və hadisədən xəbər tutana qədər böyük zülm çəkdik… Maşının halını görəndə dəhşətli hisslər keçirdim. Həkimlərin səyi və vaxtında müdaxiləsi nəticəsində həyatını xilas etmək mümkün olub”.publika.az