“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal bu il Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndini tənqid edib.
Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi “10-da görüşək” proqramına qonaq olarkən həmkarının müzakirələrə səbəb olan geyimi və şousuna şərh bildirib. Pop ifaçısı modelyer Rüfət İsmayıl tərəfindən hazırlanmış geyimin ona yaraşmadığını vurğulayıb.
Nigar qeyd edib ki, Samirə top 5-likdə yer almayacaq: “Mən olsam, bu libası geyinməzdim. Bədənimə bu cür paltar yaraşmazdı. Samirə gözəl və incə qızdır. İstərdim yer tutsun, amma ilk sıralarda olacağını düşünmürəm”.