“Eurovision-2011” təmsilçimiz Nigar Camalın son paylaşımı maraqla qarşılanıb.
Hokm.az xəbər verir ki, o, iri yarıqlı, qırmızı əlbisəsi ilə izləyicilərinin gözünü oxşayıb. İfaçı ad günündə ona hədiyyə olunan gül buketləri ilə çəkilən fotosunu “İnstagram”da yayımlayaraq, bu sözləri qeyd edib:
“Pandemiya səbəbindən çox qonaq dəvət etmək mümkün olmadı. Ancaq əziz insanlarla keçirdiyim bu 3 gün mənim üçün unudulmaz oldu”.
Qeyd edək ki, Nigar Camal 1980-ci il sentyabrın 7-də Bakıda doğulub.ölkə.az