Aktrisa Neslihan Atagül şəxsi həyatı ilə bağlı açıqlama verib.
Hokm.az Axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl Amerikada televiziya proqramlarından birinə müsahibə verən aktrisa indi də “L’officiel” jurnalının üz qabığı üçün obyektiv qarşısına keçib. Müsahibə də verən Neslihan Kadir Doğulu ilə yaşadığı evlilik həyatından danışıb:
“Qəbul etdiyim qərarlar məni daha da inkişaf etdirir. Həyatımda təəssüflənəcəyim heç bir hal baş verməyib. Atdığım hər addımın və qəbul etdiyim hər bir qərarın həyatımda böyük əhəmiyyəti var. Evliliyimdə sevgi ilə dostluğu birlikdə yaşayıram. Məncə, hər ikisi xoşbəxtlik üçün çox vacibdir. Bir-birimizin qədrini bilirik. Bəzən danışaraq, bəzən danışmadan anlaşırıq”.