Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEObackend

Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı gənc müğənni Nəfəs Məmmədli olub.
İfaçı uşaq vaxtı valideynlərinin onu nənə-babasının himayəsinə verdiyini etiraf edib:
“Ailədə ilk övlad olmuşam. Valideynlərim məni əziyyətlə böyütməyə çalışıblar. O zamanlar rayonda yaşayırdıq, bacım daha sonra isə, qardaşım dünyaya gəldi. Artıq​ 3 uşaq olmağımız ailəmi çətinliyə saldı. Bəzən biz istəməsək də, maddi səbəblərdən övladımıza arzuladığımız həyatı yaşada bilmirik. Atam şəhərdə işləməyə getdi.
Daha sonra​ anamgili də yanına apardı. Nədənsə seçilən uşaq mən oldum. Məni nənəmlə babama verdilər, onlar sahibləndi. Bir neçə il ailəmi görmədim. Razılıq əsasında olsa da, boynu bükük idim. Elə bilirdim yetiməm”.
  •  (0)
  •  (0)