Nazir: Təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidirbackend

Nazir: Təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir

“Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik”.

Hokm.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, növbəti tədris ili ilə bağlı planlar haqda tədbirin məktəb binasında keçirilməsi simvolikdir:

“Dünyada 134 ölkədə təhsillə bağlı qərar verilib, 63 ölkə məktəbləri açıb, 55 ölkə məktəbin açılacağı tarixi elan edib. Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik.

Ümumi məntiq belədir ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir”.

  •  (1)
  •  (3)