Şairə və qiraətçi Nazilə Səfərli həyat yoldaşı ilə fotosunu paylaşıb.
Hokm.az xəbər verir ki, məşhur çəkisi barədə yazılan tənqidlərə cavab verib.
O, çəkinin cütlüklər arasında problemə çevrilməməli olduğunu bildirib: “Bax, hamınız deyirsiz ki, mən kökəm, yekəyəm. Yoldaşımla yan-yana dayananda elə də yekə deyiləm. Demək ki, hər qazanın öz qapağı. Biz 25 ildir ailəyik. Bu nikahdan iki ağıllı oğlumuz var. Ailə olmaq etibar, sayğı, səbir istər. Ailə olmaq insanlıq istər”.publika.az