Nazilə Səfərli ana olur? – Özü açıqladıbackend

Nazilə Səfərli ana olur? – Özü açıqladı

Tanınmış şairə Nazilə Səfərlinin 22 ildən sonra ana olacağı ilə bağlı məlumatlar yayılıb.

Hokm.az yenisabah.az-a istinadən xəbər verir ki, məlumatlara görə, paytaxtda yerləşən klinikalardan birində ginekoloq Natiq Məhərrəmovun yanında müayinədə olub. Şairənin həftədə bir dəfə adıçəkilən həkimin qəbuluna gəldiyi və ultrasəs müayinədən  keçdiyi bildirilir.

Məsələ ilə bağlı saytımıza danışan 42 yaşlı şairə özəl həyatını gizli saxlamaq istədiyini deyib:

“Mən bu mövzuları danışmağı sevmirəm. Bu mənim özəlimdir. Belə şeyləri paylaşmağı sevmirəm. Bu haqda məlumat verə bilmərəm”.

Qeyd edək ki, N.Səfərlinin iki böyük yaşda övladı var.

  •  (0)
  •  (2)