Tanınmış şairə Nazilə Səfərli bir neçə gün öncə Rusiyada polis tərəfindən güllələnərək dünyasını dəyişən 19 yaşlı Vəkil Abdullayevdan yazıb.
Hokm.az “Sherg.az”a istinadən xəbər verir ki, o mərhumu tanıdığını söyləyib:
“Dostlar, bu arzuları yarım qalan gənc eloğlumdur. Vəkilin babası atamla bir sinifdə oxuyub. Hamımız pərişanıq. Vəkilin nəşini Borçalıya yola saldılar. Heyf səndən, qardaş. Toy karvanın, vida karvanı oldu. Nahaq qan yerdə qalmasın! Atam dəfndə iştirak edəcək. V.Abdullayevin doğmalarına baş sağlığı verirəm”.