“Son müraciətimə yazılan şərhləri oxuyarkən kövrəlməmək, dolmamaq mümkünsüzdür. Siz mənə nəinki izn verdiniz, həm də izah edə bilməyəcəyim qədər müsbət hisslər yaşatdınız”.
Hokm.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu instaqramda yazıb. Müharibədən sonra bir müddət yaradıcılığına fasilə verən sənətçi yeni mahnılar yazdırmaq istədiyini açıqlayıb:
“Neçə gündür düşünürəm, həqiqətən də söz tapa bilmirəm ki, hisslərimi izah edim. Yəqin zaman-zaman müsahibələrimdə izah edə biləcəm. Əslində heç bir şey etməmişəm. Sadəcə, xalqla eyni düşünmüşəm. Bunun müqabilində məni bu xalq qəhrəmanlaşdırdı, göylərə qaldırdı. Bir daha sübut olundu ki, biz bizə dəyər verəni ikiqat dəyərləndirən xalqıq. Allah sizdən razı olsun. Sizə sonsuz təşəkkür edirəm. Qarşınızda baş əyirəm”.