“Bir neçə günə Azərbaycanı tərk edirəm”.
Hokm.az bildirir ki, bunu meyxanaçı Namiq Qaraçuxurlu deyib. O, sosial şəbəkə hesabında izləyicilərinə müraciət edərək yeni işlərindən söz açıb.
“Geri döndükdə mütləq yaradıcılıq baxımından əli dolu gələcəm. Sağlıq olsun, tez-tez görüşəcəyik”, – deyə meyxanaçı paylaşımında bildirib.
Qeyd edək ki, bundan öncə tanınmış müğənni Nadir Qafarzadə də ölkəni tərk etmək fikrində olduğunu demişdi. O, “Azərbaycansız mənə çox çətin olacaq” cümləsini yazaraq, Rusiya dövlət bayrağının şəklini paylaşmışdı.
Xatırladaq ki, pandemiya ilə bağlı toylarsız qalan sənətçilərin əksəriyyəti Rusiyada fəaliyyətlərinə davam etməyə başlayıb.Sfera.az