“Avroviziya”nın rəsmi saytı yarımfinallar və final üzrə səsvermələrin nəticələrini açıqlayıb.
Hokm.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin iştirak etdiyi ikinci yarımfinalda aşağıdakı ölkələrin peşəkar münsif heyəti səs verib:
– İspaniya – 12 xal;
– Almaniya – 10 xal;
– Serbiya – 8 xal;
– Böyük Britaniya – 8 xal;
– Finlandiya – 7 xal;
– Kipr – 6 xal;
– Estoniya – 6 xal;
– İsveç – 5 xal;
– Çernoqoriya – 5 xal;
– Malta – 4 xal;
– Çexiya – 4 xal;
– Gürcüstan – 4 xal;
– San-Marino – 4 xal;
– Avstraliya – 3 xal;
– Polşa – 3 xal;
– Rumıniya – 3 xal;
– Belçika – 3 xal;
– Şimali Makedoniya – 1 xal.
Mayın 14-də baş tutan finalda N. Rüstəmliyə bu ölkələrin peşəkar münsif heyəti səs verib:
– İspaniya – 12 xal;
– Serbiya – 12 xal;
– Yunanıstan – 12 xal;
– Kipr – 10 xal;
– San-Marino – 7 xal;
– İsveç – 7 xal;
– Böyük Britaniya – 7 xal;
– Almaniya – 6 xal;
– Ukrayna – 5 xal;
– Şimali Makedoniya – 4 xal;
– Finlandiya – 3 xal;
– Estoniya – 3 xal;
– Bolqarıstan – 3 xal;
– Albaniya – 3 xal;
– Belçika – 3 xal;
– Malta – 2 xal;
– Avstraliya – 2 xal;
– Moldova – 1 xal;
– Çernoqoriya – 1 xal.
Peşəkar münsif heyəti N. Rüstəmlinin çıxışını toplam olaraq 103 xalla qiymətləndirib.
Tamaşaçı səsverməsində isə təmsilçimiz 3 xal toplayıb. N. Rüstəmliyə yalnız Gürcüstan tamaşaçıları səs verib.
N. Rüstəmli 106 xalla 16-cı yerdə qərarlaşıb.