Nadir Qafarzadə: “Buranı sevdim, heç kim açıq-saçıq geyinmir”backend

Nadir Qafarzadə: “Buranı sevdim, heç kim açıq-saçıq geyinmir”

“Əsl Avropa dediyimiz bəlkə də elə bu şəhərdən başlayır”.

Hokm.az xəbər verir ki, bunu Rusiyada səfərdə olan müğənni Nadir Qafarzadə Sankt-Peterburq şəhəri barədə danışarkən bildirib.

“Çox mədəni insanlar – sakit, sterssiz, əsəbsiz… Nə soruşursan, cavab verirlər. Deyirlər, azərbaycanlıları Rusiyada sevmirlər, vallah, bunu görmədim. Kim özünü yaxşı aparırsa, qanuna riayət edirsə, burada ayrı-seçkilik salmırlar. İnsanların heç kimlə işi yoxdur. Hər kəs yolu ədəb-ərkanlı gedir, açıq-saçıq geyinən yoxdur, eşitdiyimə görə isti də olanda geyinmirlər. Heç kimə nəyisə sübut etmək istəmirlər. Sadə geyinirlər. Öz pullarını, mallarını, geyimlərini nümayiş elətdirmirlər. Mən belə xoşlayıram. Sevdim səni, Piter”, – deyə o bildirib.ölkə.az

  •  (0)
  •  (0)