Müğənni Sevil və Sevinc Səfərova bacıları Xəzər TV-də aparıcı kimi fəaliyyətlərinə dönürlər.
Müğənni bacılar bu haqda 5/5 verilişində məlumat veriblər.
Sevinc Səfərova “Təkliflər var, seçim edirik. Səhər proqramında olacağıq” – deyə, qeyd edib.
Qeyd edək ki, Xəzər televiziyasının rəhbəri xalq artisti Murad Dadaşovdur. Bacılar bir müddət əvvəl Xəzər TV-də həftə içi yayımlanan “Hər şey daxil” verilişində aparıcı olublar.