Müğənni Ketti Prays 6-cı dəfə ana olacaq.
Hokm.az Axşam.az-a istinadən bildirir ki, sənətçi sevgilisi Karl Vudsdan olan övladını dünyaya gətirəcək.
Prays sosial şəbəkə hesabında “Sağlamlıq və xoşbəxtlik… Bunlar hiss etdiyim ən gözəl hisslərdir. Yaxşı ki, mənimləsən” kimi sözlər yazaraq hamilə fotosunu paylaşıb.
Qeyd edək ki, Praysın sevgilisi Vuds ondan 10 yaş kiçikdir.