MTV-də qadağada olan müğənnilərdən danışdıbackend

MTV-də qadağada olan müğənnilərdən danışdı

Müğənni Rəhim Rəhimli MTV kanalında direktor olduğu ərəfədə qadağa qoyduğu sənət adamlarından danışıb.

Hokm.az xəbər verir ki, bu haqda “ATV maqazin onlarla” proqramında danışan sənətçi Xalq artisti Röya Ayxan, rəqqasə Fatimə Fətəliyeva, müğənni Kərim Abbasov kliplərinə qadağa qoyduğunu etiraf edib:

“Röyanın klipləri gedirdi. Baxmırlar ki, MTV-də səhər, günorta, axşam klipi yayımlanırdı. Bizim aramızda mübahisə heç bir şeydən alovlandı.

Kərim həmkarımızdır, MTV-yə klipləri gəlmirdi. Bir jurnalist demişdi ki, sizin kliplər orada yayımlanır. Kərim demişdi ki, getsə nə olacaq, getməsə nə olacaq. Rəhim verməlidir də… Mən də “stop” vurdum ki, bəsdir. Kərimə MTV-də qadağa qoydum. İllərdir Kərim danışır, bir dəfə ona cavab vermədi. Bir gün üzr istəməsini görürəm.

Fatimənin ATV-də efirə çıxmasına mən kömək etmişəm. Şou gedirdi, rəqqasə lazım oldu. Bir dostum dedi ki, əla rəqs edən qız var. Beləcə, Fatiməni gətirdik efirə. Bir gün Fatimənin evindən reportaj hazırlanır, ona yardım edənlər arasında mənim adım çəkilmir. İncidim, ona görə də Fatimənin heç bir məclisində olmamışam. Fatimə yalan danışır, çox pis yalan danışır. Bir dəfə də mənə zəng edib ki, məclis qiymətini denən. Qiyməti dedim, qayıtdı ki, olar onun üstünə pul qoyum? Dedim, buna ehtiyacın yoxdur, ayıb deyilən bir şey var. Düşünmürsən ki, bu adamın hesabına efirə gəlmişəm. Sən durub əlindən tutub efirə çıxarana bunu deyirsən”./Axşam.az

  •  (0)
  •  (0)