Aprelin 14-də Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə tərəfindən Monteneqrodakı media nümayəndələrinə şam yeməyi təşkil edilib.
Hokm.az xəbər verir ki, bu haqda Seyran Mirzəzadə “Facebook” səhifəsində paylaşım edib: “Monteneqronun tanınmış mətbuat nümayəndələri ilə səmimi ab-havada işgüzar şam yeməyi keçirildi. Azərbaycan həqiqətlərinin yayılmasında və iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində verdikləri töhfələrə görə Tijana Perovic, Nada Kovačević, Nevenka Vuković-Jovović, Gorica Vukićević, Aleksandra Sjekloća, Balša Knežević, Slavko Mandić, Branislav Stojanović, Gordan Čampar, Veselin Živanović, Božo Komatina və Mərkəzimizin müşaviri və dostu Božidar Proročić-ə təşəkkürlərimizi bildiririk”.
Sözügedən şam yeməyində Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru deyib: “Mədəniyyət və media bir-biri ilə sıx bağlıdır. Azərbaycan və Monteneqro dostluğu ölkələrimizin ən yaxşı telləri kimi bir-birinə bağlıdır. Mədəniyyət yolu həm də bizi birləşdirən körpünün və bir-birimizin əlaqələrimzin və fəaliyyətlərimizin daha yaxın olacağı yoldur”.
Xatırladaq ki, bu tədbir aşağıdakı Monteneqro saytlarında işıqlandırılıb:
https://www.pobjeda.me/clanak/kulturno-ekonomski-centar-azerbejdzana-organizovao-svecani-prijem-za-novinare
http://www.bosnjaci.net/prilog.php?rid=1&pid=75651
https://crnogorskiportal.me/sadrzaj/7922
https://madeinmontenegro.com/svecani-prijem-za-novinare-u-organizaciji-ekonomsko-kulturnog-centra-azerbejdzana/
https://skalaradio.com/svecani-prijem-za-novinare-u-organizaciji-ekonomsko-kulturnog-centra-azerbejdzana/
https://www.aktuelno.me/crna-gora/svecani-prijem-za-novinare-u-organizaciji-kulturnog-centra-azerbejdzana/