Müğənni Elnur Məmmədov Nanə Ağamalıyevanın aparıcılıq etdiyi verilişdə qonaq olub.
Hokm.az xəbər verir ki, veriliş zamanı Elnur 10 ildən sonra ata olmağından danışıb. O, 10 illik həsrətindən. bu yolda çəkdiyi əziyyətlərdən danışıb:
“Mən dünyanı gəzdim, milyonlar tökdüm. Sadəcə səbəbini bilmək üçün. Mənim üçün ismətli ailənin olması var-dövlətdir. Allaha hər zaman şükür edib deyirəm ki, mənə ismətli ailəni qismət elədin. Mənə ömrümün axırına kimi övlad verməsən belə çox xoşbəxtəm. Amma yenə də hər dəfə Allahla danışanda dua edirdim ki, övladım olsun. Çünki ailəni tamamlayan övladdır. İstəyirdim ki, atam anam mənim mürvətimi görsün. Azərbaycanda həkimə getmirdim, dünyanı gəzdim. Olurdu buna qədər 5 övladım oldu qalmadı. Bu övladım da olana qədər beşik almağa cürət edə bilmirdim”.
Qeyd edək ki, Elnur bir müddət əvvəl ata olub. O. oğluna İnam adını verib.big.az