Ötən gün əməliyyat olunan müğənni Mətanət Əsədovanın vəziyyəti ağır olaraq qalır.
Hokm.az Lent.az-a istinadən xəbər verir ki, bu haqda xəstəxanadan bildirilib. Qeyd edilib ki, ifaçı hələ ki ayılmayıb. Mətanət bronxlarından riskli əməliyyat keçirib.
Məlumat üçün bildirək ki, M.Əsədova bir neçə gün öncə bu barədə açıqlama vermişdi: “Təcili əməliyyat olunmalıyam. Səhhətimdə problem var. Həkim məni gözləyir, amma “narkoz”dan qorxuram.
Ona görə də illərdir yaranan problemi aradan qaldıra bilmirəm. Allah özü kömək olsun. İnşallah, özümdə güc tapsam, əməliyyata girəcəm. Lazım olan bütün analizləri vermişəm”.