“Mən ev, mülk istəmirəm, balalarımı istəyirəm”.
Hokm.az xəbər verir ki, bunu Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana “Tarixin bir günü” verilişində deyib.
Sənətçinin keçmiş gəlini bildirib ki, qayınanası ilə sözləri tez-tez çəp gəlirmiş:
“8 il nişanlı qalmışam, 12 ilin gəlini olmuşam. Kərimlə aramızdakı 20 illik sevgidir, bu gün bitir. İlk dəfə nişan taxılandan sonra Mətanət xanım istəmirdi, nişanı geri qaytartdırdı. Niyə üzük taxırdı, niyə qaytarırdı? Sonra 4 il ayrı qaldım Kərimdən. Yenə dayanmırdı, deyirdi “boşayacayıq”. Amma özü də boşanmağımızı istəmirdi, ətrafında kimlərsə onun beynini doldururdu. Özü deyirdi ki, mənə qalsa, istəmərəm boşanasınız, sən yaxşı qızsan.
Bizim evimiz olmayıb, kirayədə yaşamışıq. Toyumdan sonra həmişə kirayədə qalmışam, yenə də razı olmuşam. Məni maddiyat, ev, mülk maraqlandırmır, əsas uşaqlarımın şəraitidir. Ancaq yenə də deyirdim ki, Kərim, ananın yanına köçməyək. Çünki qayınanam uşaqları çox ərköyün edirdi, dəhşət dərəcədə. Mən ərköyün böyümələrini istəmirəm. O, həmişə deyir ki, Tuncay sən rahat ol. Evə kimsə gəlir, deyirəm “Oğlum, dur görüş, salam ver”. Mətanət xanım deyir ki, sən uşağı niyə incidirsən? Qoy otursun. Yəni mənim tərbiyəm başqadır, onun tərbiyəsi başqa. Həmişə də belə şeylərə görə evdə söz-söhbət yaranırdı”.
Xatırladaq ki, Kərim və Canananın üç övladı var. Cütlük bir neçə gün əvvəl boşanıb və uşaqlar atanın himayəsinə verilib.Publika.az