Məşhur xanəndə Təranə Qumralın qızını ƏLƏ SALDIbackend

Məşhur xanəndə Təranə Qumralın qızını ƏLƏ SALDI

“Muğam-2011” müsabiqəsinin qalibi Səbinə Ərəbli müğənni Təranə Qumral və Musa Musayevin qızı Sevgimin efirdə mahnı oxumasını tənqid edib.

Hokm.az xəbər verir ki, xanəndə “Həmin Zaur” proqramında bununla bağlı sualları cavablandırıb. O bildirib ki, onun qeyri-peşəkar ifası yaxşı görünmür:

“Yazmışdım ki, yaxşı görünmür. Onu bir az öyrədib, sonra efirə çıxartmalı idilər. Ola bilər uşağın yaxşı səsi var. Amma bir xanəndə kimi görünüş xoşuma gəlmir. Ağzını çox açıb. Onu müəllim yanına aparıb bir az öyrətmək lazımdır”.

Qeyd edək ki, Sevgim ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində muğam oxuyub və onun görüntüsü sosial şəbəkədə tənqid edilib.Axşam.az

  •  (2)
  •  (2)