Dünyanın ən tanınmış super modellərindən olan 66 yaşlı Cenis Dikinson gənc həmkarları barədə fikirlərini bölüşərkən onları sərt şəkildə tənqid edib.
Bu barədə “Grazia” xəbər yayıb.
Bildirilir ki, vaxtilə Versace, Valentino, Kelvin Kleyn və Azedin Alayinin ilham pərisi olan Dikinson indiki modellərin 1970-80-ci illərinki ilə müqayisədə çox-çox zəif olduğunu bildirib.
“Bu qızlar ancaq sosial şəbəkə sayəsində maneken olurlar, Cici Hadid, Bella Hadid jurnalların üz qabığına çıxırlar”, – deyə o, narazılıqla bildirib.
“Müasir modellər heç vaxt bizimlə eyni səviyyədə olmayacaq. Biz sadəcə möhtəşəm idik. Onların nəyi var? Sadəcə baxışları. Hətta hərəkətlərinə rəngarənglik qatmırlar. Sadəcə dururlar və buna görə milyonlarla dollar alırlar”, – deyə Dikinson əlavə edib.
O əlavə edib ki, müasir modelləri çox gözəl hesab edir, bununla belə onları super model adlandırmaq olmaz.