“Kinli deyiləm. Bacarmıram. Yalan nə deyim? Amma silib atmağı qəşəng bilirəm. Dözərəm, keçərəm. Bəlkə 5 il də keçə bilərəm həmin adama, dostum olsa belə. 10 il də. Gör nə qədər səbr var. Amma vaxt, zaman gələndə artıq silirəm, birdəfəlik gedir”.
Hokm.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Muz TV Azərbaycan”a açıqlamasında deyib. Sənətçi Röya Ayxan və Natavan Həbibinin adını eşidəndə özündən çıxıb:
“Mənə Röya, Natavan barədə sual verməyin! Olar ki, onlar da gələndə bir dəfə də onlara belə sual verin. Mənim nəyimə lazım e Nata, Röya. Özləri bilərlər. Mən niyə axı onlar haqqında danışım. Gələn mənə deyir. Elə bil mən onların “sudyaları” zadıyam”.
Tərzinin birmənalı qarşılanmamasından söz açan sənətçi bu məsələdə ətrafın fikrinə önəm vermədiyini deyib:
“Mən özüm üçün yaşayıram. Onsuz da hər kəs özü üçün yaşayır. İnsanlar niyə mənə müdaxilə etsin ki?! Mən özümü belə görürəm, belə rahatamsa, heç kim mənim azadlığımı ala bilməz əlimdən. Evdəkilər o təpkiyə xalq təpkisi ilə gedir. Deyirəm siz məni neçə il dəyişə bilmədinizsə, budur da. Neyniyim? Mən elə bir insanam ki, başımı aşağı salıb, öz işimlə məşğul oluram. Dəyməyin mənə. Mənə belə rahatdır. Mən insanlara görə dəyişə bilmərəm”.
Ulduz sosial şəbəkədə saxta profil açmaqdan da danışıb:
“Hələ yadıma gəlmir ki, saxta profil açıb nəsə edim. Bir dəfə eləmək istədim, alınmadı. Girib baxmaq üçün nəyəsə. Amma gördüm… Pozuldu getdi. Bir dənə öz səhifəmdir. Onlara fikir vermirəm. Onlara fikir versən, qocalırsan. Depressiv hala düşə bilərsən. Allah şahiddir də. Bir dənə öz yetim səhifəm var. Elədim bir dəfə, gördüm öz qabımda deyiləm. Bunu mən özümə yaraşdıra bilmədim. O deyil də Səidə. Pisimə gəldi”.Publika.az