Son aylarda qonşusu ilə yaşadığı qalmaqallarla gündəm olan 42 yaşlı müğənni Halil Sezai evlənməyə hazırlaşır.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, müğənni 5 illik sevgilisi Melike Beşliyə evlənmə təklifi edib. Ulduzun sevgilisi şad xəbəri sosial şəbəkədə elan edib.
“Hə dedim… Sürprizimə ortaq olan hər kəsə təşəkkür edirəm”, – M.Beşli paylaşımına qeyd edib.
Xatırladaq ki, Halil Sezai 2015-ci ildə Zehra Kaya ilə nikaha girmişdi. Cütlük bir neçə həftə sonra boşanmağa qərar vermişdi.