Məşhur motosikletçi Migel Oliveira ögey bacısı ilə 11 il gizli saxladığı münasibətdən sonra nişanlanıb.
Hokm.az xəbər verir ki, 25 yaşlı idmançı bacısı Andreiya Pimenta ilə nişanlanıb. Cütlüyün 13 yaşından bəri birlikdə olduğu ortaya çıxıb.
Andreiyanın Migelin atasının ikinci arvadından olduğu məlum olub. Motosikletçinin atası İspaniyanın “Marca” qəzetinə danışarkən “Oğlum həyatının qadını ilə evləndiyi üçün onun adına çox xoşbəxtəm” deyə bildirib.
Mövzuyla bağlı açıqlama verən Oliveira “Sevgili olmamışdan əvvəl güclü dostluğumuz var idi. Birlikdə böyümüşük. Böyüdükcə bu münasibətin dostluqdan daha artıq olduğunu, aramızda güclü bir sevgi bağının olduğunu anladıq”.Yenisabah.az