Bir müddət əvvəl ana olduğu üçün ekranlardan uzaq qalan aktrisa Bergüzar Korel qayıtdı. Çəkiliş meydanına çıxmağa hazırlaşan Bergüzar yenidən ayrılmaq məcburiyyətində qalıb.
Hokm.az Axşam.az-a istinadən bildirir ki, buna səbəb aktrisanın 3-cü övladına hamilə olmasıdır.
Korel bununla bağlı sosial media hesabında məlumat verib və yeni serialəndan serialından ayrıldığını bildirib:
“3 il idi ki, tamaşaçılar qarşısına çıxmırdım. Lakin uzun müddətdən sonra yaradıcı kollektivi olan “Kanlı yayın” serialında rol təklifi aldım. Biz çəkilişləri yeni başlamışdıq ki, ailəmiz sürprizlə qarşılaşdı. 3-cü övladımın dünyaya gələcəyini öyrəndim və buna görə də çəkiliş meydanını tərk etdim. Vizual görünüşüm dəıyişəcəkdi deyə, layihədən ayrılmaq məcburiyyətində qaldım”.