Keçirdiyi əməliyyatlardan sonra “dempinq sindromu”ndan əziyyət çəkən və 43 kiloya düşən türkiyəli aparıcı Seren Serengil əməliyyat sonrası görüntülərini paylaşıb.
Hokm.az xəbər verir ki, xəstəxana otağının qarşısında çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşən Serengil sevgilisi Mustafa Tohmaya təşəkkür edib.
“Bu gün daha yaxşıyam. Bir saatdan bir yeriyirəm. Mustafa baxır mənə, gəzdirir, yemək verir. Dualarınızla əməliyyatım yaxşı keçib. Bağırsağımdakı tikişlərə görə ağrılarım var”.Publika.az