Uzun müddətdir ki, mavi ekranlardan uzaq olan məşhur aktyor Çağatay Ulusoyun yeni imici heyranlarını şoka salıb.
Hokm.az xəbər verir ki, dostunun toy mərasimində foto çəkdirən Ulusoy saç-saqqalının uzanması və artıq çəki alması ilə diqqət çəkib.
Hər zaman sərt cizgili təraşı və baxımlı saç stili ilə önə çıxan aktyorun bu dəyişiminin serial layihələri ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Ç.Ulusoy son olaraq “Barbaros” adlı serialda baş rol oynamalı idi. Lakin o, bu roldan uzaqlaşdırılıb. Aktyorun son ekran işi “Menecerimə zəng et” serialında qonaq qismində olub.publika.az