Bu yaxınlarda 37 yaşını qeyd edən aktrisa Aslı Enver rəfiqələri ilə restorandan çıxarkən görüntülənib.
Hokm.az xəbər verir ki, yeni film üzərində çalışdığını deyən kino ulduzu tamaşaçıları tezliklə sevindirəcəyini qeyd edib: “Yaxşı bir layihə olacaq, çox həyəcanlıyam”.
Ağarmış saçları ilə diqqət çəkən məşhur saç boyalarını sevmədiyini bildirib: “Saçlarımdakı ağlarla xoşbəxtəm, onları sevirəm. Boyatmağı düşünmürəm, amma lazım olsa, layihə üçün boyatmaq məcburiyyətində qala bilərəm”.
Qeyd edək ki, aktrisa Aslı Enver Kaan Urgancıoğlu ilə “Sən yaşamaya bak” adlı filmdə tərəf müqabili olacaq.publika.az