“Vəfasız” serialında Dərin rolunu canlandıran aktrisa Melis Sezen həyatı haqqında bilinməyən məqamlardan danışıb.
Hokm.az publika.az-a istinadən xəbər verir ki, ulduz “Re Touch Mag” jurnalının yeni sayının üz qabığına çəkilib. Jurnala müsahibə verən aktrisa xəyanət mövzusuna da aydınlıq gətirib.
“Dərini həmişə ən dərində tapmağa çalışdım, hələ də daha dərinlərinə enməyə çalışıram. Bu, sonsuz səyahətdir. Yüksək hisslərə sahib olan, inancının izi ilə gedən və gənc qızdan bir qadına çevrilən, daha sonra ana olan bir xarakterə həyat verdiyim üçün çox xoşbəxtəm”, – M.Sezen qeyd edib.
Serialda evli kişi ilə münasibət quran və cütlüyün boşanmalarına səbəb olan Dərin obrazını canlandıran aktrisa həyatda xəyanətə uğradığını söyləyib:
“Bu, hər insanın yaşadığı bir haldır, insanlar əvvəlcə heyrətlənsələr də, sonradan adi qəbul edə bilirlər. Düşünürəm ki, xəyanətə münasibətin dəyişdirilməsi ən böyük həll yoludur. Özünüzü heç vaxt qınamayın, bu, həyatda irəliləmək, öz yolunu tapmaq yolunda atılan ən böyük addımdır. Xəyanətə uğrayan qadın özünü günahlandırmamalıdır”.
Qeyd edək ki, aktrisanın serialda canlandırdığı obraz Türkiyədə sərt qarşılanmışdı.