Son dövrlər miqyası daha da genişlənən koronavirus pandemiyası “Zümrüdüanka” serialından da yan keçməyib.
Hokm.az Axşam.az-a istinadən bildirir ki, ekran işinin əsas rol ifaçılarından olan Ceren Yılmaz da Covid-19-a yoluxub. Aktrisa hazırda xəstəxanada müalicə olunur.
O, sosial media hesabında “Səhhətimə görə narahat olan hər kəsə təşəkkür edirəm. Covid-19 testim pozitiv çıxdı. Yəqin ki, tezlikllə sağalaram. Mənim üçün dua edin” sözlərini yazaraq, xəstəxanadan fotolarını paylaşıb.