Türkiyəli cütlük- aktrisa Bensu Soral və biznesmen Hakan Başın ayrılma xəbəri yayılıb.
“A Haber” məlumat verir ki, 38 yaşlı H.Başın uşaqları olmasını istəməsini 30 yaşlı aktrisa müsbət qarşılamayıb.
Beləliklə, üç il əvvəl evlənən cütlük ayrı evlərdə qalmağa qərar veriblər.
B.Soral karyerasına üstünlük verdiyini, hələ onun üçün ana olmağın tez olduğunu deyib. O bildirib ki, həyata keçirmək istədiyi planlar var:
“İndi ana olsam karyeram arxa plana düşər”.