“Hamısına şamil etməmişəm. Düzdür, bu sözlərim bəzilərini qıcıqlandırdı. Demişəm ki, 80 faiz duet ortağı eşq yaşayır. Özləri də bilirlər. Burada heç bir problem yoxdur. Eşq yaşayanda nə olar ki? Duet daha da uzunömürlü olur”.
Hokm.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “MTV Azərbaycan”a müsahibəsində bir neçə ay əvvəl verilişlərin birində səsləndirdiyi “Bütün duet ortaqları eşq yaşayır” fikrinə aydınlıq gətirərkən deyib. O, yeni münasibətə başlamaq istədiyini də etiraf edib:
“İstəyirəm olsun, bilmirəm problem məndədir, yoxsa qarşı tərəfdə. İstəsəm, ikinci qadın olardım, hər kəsin öz əlindədir”.