Xalq artisti Brilliant Dadaşova həmkarlarının ona qarşı səmimiyyətsiz münasibətindən danışıb.
Hokm.az xəbər verir ki, ATV televiziyasında yayımlanan “Günün sədası” proqramına qonaq olan müğənni bəzi sənət adamlarının onun ünvanına sərt ittihamlar səsləndirdiyini və söz atdıqlarını bildirib: “İnsanlar mənim şəklimi paylaşıb pis bir şey yazanda həmişə deyirəm ki, mən yaxşının ürəyində, pisin ağlında qalıram. İndi bəzi oxuyanlar var, mənə söz atırlar, bilirlər ki, cavab verməyəcəm. Mənim haqqımda yalan fikir formalaşdırırlar. Bu yaxınlarda yazıblar ki, qaçırdım Brilliantın qabağına, məni saymırdı. Belə bir şey olmayıb. Sadəcə insanlar həmişə eşidib ki, mən İlhamə Quliyevanı sevirdim, qabağına qaçırdım, o məni saymırdı. Salam Allahın adıdır. Mənim qabağıma heç tanımadığım bir adam da qaçsa, heç vaxt ola bilməz ki, salamını almayım. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram. Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edəndirlər”. – deyə xalq artisti bildirib.