“Mənim başım duetlərdən yetərincə bəla çəkib. Artıq qadın müğənnilərlə duet oxumaq istəmirəm”.
Hokm.az xəbər verir ki, bunu “7 canlı” verilişində qonaq olan meyxanaçı Aqşin Fateh deyib.
O bildirib ki, bundan sonra çalışacağı xanım müğənnilərlə öncə müqavilə imzalayacaq:
“Bir neçə son layihələr hazırlamışıq ki, tək ifa olsun. Bir müddətdən sonra ola bilər elə insan çıxar ki, səsi, sənəti uyğun gələr duet oxuyaram. Məni heç bir xanım müğənni nə danışığı ilə, nə vədləri, nə sözləri ilə aldada bilməz. Mən özüm seçim edirəm, təklif edirəm. Baxıram ki, gənc istedaddır, səsi, səhnə görünüşü, səhnə qabiliyyəti var, dəstək oluram.
Amma bundan sonra həqiqətən ancaq müqavilə ilə iş görəcəm. Mən artıq sözə inanmıram. Çünki kim deyir ki, “yox, mən fərqliyəm, mən belə olacam, görəssən. Aqşin, mən sadiq insanam. Heç vaxt çörək itirmərəm”. Amma bir müddət sonra əksini görürsən. Bundan sonra mən etibar, sədaqət dalınca gözləyən adam deyiləm. Biz söz adamıyıq, sözə inanırıq.
Bir adamın üzərinə xeyli xərc qoyuran, mahnı aranjiman etdirirsən… Həm də mən qadından pul götürən kişi deyiləm ki, onun pulu ilə iş görüm. İnsan olur ki, baxırsan ki, bunda o imkan yoxdur duetin xərclərini yarıbayarı çəksin. Bir klipin xərci 4-5 min pul aparır, bir aranjiman 1500-2 min arası vəsaitə başa gəlir, hansısa bir proqramlara çıxırsa da onun geyimi filan var. Haradsa 10 min civarında xərc qoyursan ona.
Birgə iş birliyini ondan sonra o insanın öz vicdanına, öz qabiliyyətinə buraxırsan. O insan bilməlidir ki, sənin üzərində bu qədər haqq var, bu qədər xərc qoyulub”. 10 mini qoyduq kənara, əgər bir insan 20 illik şöhrətini sənlə bölüşdürürsə, bir efirə çıxırsa ən azından ona hörmət etmək lazım”.Milli.Az